Təhsil TV "Qiraətçi" verilişi

09 oktyabr 2017-ci il tarixində məktəbimizin bir qrup şagirdi və Azərbaycan dili ədəbiyyat müəllimi Sima İsgəndərova Təhsil TV-nin "Qiraətçi" verilişinin qonağı olublar. Məktəbimizdə təşkil olunan "Həftəyə bir kitab oxuyaq" layihəmizdə müzakirə olunmuş Cek Londonun "Həyat Eşqi" əsərini "Qiraətçi" verilişində də müzakirəsini apardılar. Şagirdlərimiz və müəllimimiz verilişdən çox müsbət enerji və fikirlərlə geri dönmüşdülər. Hətta veriliş əsnasında Əli İldırım ilə də görüşmək imkanları olmuşdur. Verilişin təşkilatçısı Gülnarə İlham xanıma məktəb rəhbərliyi adından təşəkkür edirik.