Valideynlərlə görüş

29 sentyabr 2017-ci il tarixində məktəbin I-XI siniflərinin valideyn nümayəndələri ilə məktəb üzrə məktəb direktorunun görüşü keçirildi. Görüş zamanı məktəb direktoru 2017-2018-ci tədris ilində məktəbin qarşısında duran məqsədlər, yeniliklər, məktəb-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıldı. Əsasən məktəbin gündəlik həyatında valideynlərin hansı formada iştirakı geniş müzakirə olundu. Valideynlərin rəy və təklifləri nəzərə alınmaqla bəzi məsələlərdə yekdil qərarlar qəbul edildi. Növbəti iclasların paralel siniflərin valideynləri ilə görüşüləcəyi bildirildi. Valideynləri narahat edən bir sıra mövzular rəhbərlik tərəfindən qeydiyyata və nəzarətə götürüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi