" Biz sülh istəyirik " - Nümunəvi dərs

21 sentyabr 2017-ci il tarixində məktəbimizdə Beynəlxalq Sülh günü münasibətilə 4 ç sinfində nümunəvi dərs təşkil təşkil olundu. Nümunəvi dərs zamanı sinif müəllimi Hacıyeva Elmira sinif şagirdləri ilə birlikdə Sülh günü haqqında ətraflı məlumat verdilər. Həmçinin şagirdlər Sülh günü münasibətilə kiçik şeirlər və hekayələr söylədilər, sülhün rəmzi olan göyərçin şəkli çəkdilər, dünyada baş verən və sülhə öz mənfi təsirini göstərən münaqişələr haqqında öz fikirlərini bildirdilər. Dərsin əsas şüarı "Biz sülh istəyirik" oldu. Nümunəvi dərsdə məktəbin Uşaq birliyi rəhbəri Şəfiqə müəllim, psixoloqu Ulduz müəllim, kitabxanaçı Gülxanım müəllim və məktəbin direktoru Vüqar Məmmədov iştirak etmişdi. Sonda məktəbin direktoru Sülh haqqında öz fikirlərini şagirdlərə söylədi. Dərsi hazırlayan Elmira müəllimə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi