" Müəllimlərə arzularım " - Müsabiqə

5 oktyabr beynəlxalq müəllimlər günü münasibətilə məktəbimizdə "Müəllimlərə arzularım" adlı müsabiqəyə start verilir. Müsabiqədə məktəbimizdə oxuyan bütün şagirdlər iştirak edə bilərlər. Əsas şərt isə müəllimlərə olan mənəvi arzularınızı foto, rəsm, inşa, esse, açıqca, məktub və s. formalarda təqdim etməkdir. Müsabiqə üçün yaradılmış komissiya 5 oktyabr müəllimlər günündə ən yaxşı işləri rəğbətləndirəcəkdir. Təqdim olunacaq işlər üçün son tarix 30 sentyabr 2017-ci ildir. "Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et" şüarı ilə keçirilən müsabiqədə hər kəsə uğurlar arzu edirik.