Mini futbol turniri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən "Mini futbol" turnirində məktəbimizin komandası gərgin mübarizədən sonra II yeri tutmuşdur. Komandamızın rəhbəri fiziki tərbiyə müəllimi Etibar Kərimova, komandanın üzvləri məktəblilərimizə, o cümlədən məktəbin fiziki tərbiyə müəllimi Babək Muradova məktəb rəhbərliyi adından təşəkkür edirik.