23 aprel 2017-ci il tarixində məktəbimizin fəxri fiziki tərbiyə müəllimi Qəmbərov Rafiq Zülfiqar oğlunun 70 yaşı tamam olmuşdur. Rafiq müəllim minlələ gənc nəslin yetişdirilməsində və məktəbin idman həyatında müstəsna xidmətləri olan bir müəllim olmuşdur. Eyni zamanda məktəbin ingilis dili müəllimi Dünyamalıyeva Tənzilə İsa qızının 65 yaşı tamam olmuşdur. Yubiley münasibətilə məktəb rəhbərliyi və Xətai rayon ilk həmkarlar təşkilatı adından Rafiq müəllim və Tənzilə müəllim təşəkkürnamə ilə təltif olundular. Hər iki müəllimizə can sağlığı və işlərində uğurlar arzu edirik.