"Həftəyə bir kitab oxuyaq"

"Həftəyə bir kitab oxuyaq" layihəsi çərçivəsində 14 Aprel 2017-ci il tarixində məktəbimizin XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" əsərinin təhlili və müzakirəsi təşkil olundu. Müzakirə zamanı şagirdlərimiz İsmayıl Şıxlının həyatı və yaradıcılığı haqqında məlumat verdilər. Həmçinin əsərin geniş müzakirəsi təşkil olunmaqla yanaşı, "Dəli Kür" filmindən də kadrlar nümayiş olundu. Azərbaycan ədəbiyyatında əsərin tarixi mövqeyi, insanlar arasındakı sosial münasibətlərin cəmiyyətə təsiri, bu gün əsərin aktuallığı haqqında geniş müzakirə təşkil olundu. XI sinif şagirdlərinin əsərin təhlilinə bu qədər önəm verməsi bizim üçün çox sevindirici bir hal idi. Tədbirdə şagirdimizin kiçik bir saz havası ilə ifası bizi o dövrün incəliklərini hiss etdirdi. Tədbiri hazırlayan müəllimlərə və kitabxana işçilərinə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi