"Həftəyə bir kitab oxuyaq"

"Həftəyə bir kitab oxuyaq" layihəsi çərçivəsində 07 Aprel 2017-ci il tarixində məktəbimizin X sinif şagirdlərinin iştirakı ilə dünya şöhrətli yazıçı Cek Londonun "Həyat eşqi" əsərinin təhlili, müzakirəsi təşkil olundu. Müzakirə zamanı şagirdlərimiz Cek Londonun həyatı və yaradıcılığı haqqında məlumat verdilər. Həmçinin əsərin geniş müzakirəsi təşkil olunmaqla yanaşı, "Həyat eşqi" filmindən də kadrlar nümayiş olundu. Azərbaycan ədəbiyyatında mövzuya yaxın olan bədii yaradıcılıq şagirdlər tərəfindən nümayiş edildi. Tədbiri hazırlayan müəllimlərə və kitabxana işçilərinə təşəkkür edirik.