" Təbiət və biz " - Layihə

"Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. Mart ayında "Alternativ enerji" mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Aprel ayında "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu gün şagirdlərimizə canlı heyvanlar nümayiş olundu. İbtidai sinif şagirdləri çox maraqla canlı heyvanlara məktəbin foyesində baxırdılar. Onlarda təbiətə qarşı daha çox maraq yaratmağa vəsilə olduq.