Ailəm və məktəbim-uğurlu gələcəyin birgə ünvanı

Həftə ərzində məktəbimizdə ibtidai, 5,6 və 7-ci sinif şagirdlərinin valideynləri ilə ardıcıl olaraq görüşlər keçirildi. “Ailəm və məktəbim” prinsipi əsasında təşkil olunan bu görüşlərdə məktəb rəhbərliyi valideynlərlə bir araya gələrək, şagirdlərin dərsə davamiyyəti, təhsil göstəriciləri, gündəlik davranış və tərbiyə məsələləri barədə ətraflı müzakirələr apardı.

 

Bu səmimi və faydalı görüşlər, məktəblə ailə arasında körpü rolunu oynayaraq, hər iki tərəfin ortaq məqsədini – övladlarımızın sağlam, savadlı və dəyərli bir cəmiyyət üzvü kimi yetişməsini bir daha ön plana çəkdi.

 

Valideynlərin fikirləri dinlənildi, təklifləri nəzərə alındı və əməkdaşlıq ruhunda qarşılıqlı anlaşma quruldu.

 

Unutmayaq: ailə və məktəb bir olduqda, gələcəyimiz daha işıqlı olur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi