"Bitkilərə qulluq" dərnəyinin bir dərs günündən

Bu gün "Bitkilərə qulluq" dərnəyinin dərsi açıq havada- məktəb həyətində keçirildi. Dərnək rəhbəri Səttarova Mehribanın rəhbərliyi ilə şagirdlər bitkiləri yaxından müşahidə etdilər, onların xüsusiyyətlərini öyrəndilər və düzgün suvarma qaydaları ilə tanış oldular.
Açıq hava şəraitində keçirilən bu dərs şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici oldu. Bitkilərə qulluq etməklə yanaşı, onlara sevgi və qayğı göstərməyi də öyrəndilər.
Yaşıl təbiətə sevgi ilə böyüyən bir nəsil üçün birlikdəyik!