Bullinqə qarşı birgə mübarizə

Məktəbimizdə 8-ci sinif şagirdləri ilə məktəb psixoloqu Həsənova Ulduz tərəfindən "Bullinq nədir və ondan necə qorunmalı?" mövzusunda maarifləndirici söhbət aparıldı. Görüş zamanı bullinqin formaları, onun fiziki və psixoloji təsirləri, eləcə də bu hallarla üzləşən şagirdlərin nə etməli olduqları barədə ətraflı məlumat verildi.

 

Şagirdlər real həyat nümunələri əsasında bullinqin doğura biləcəyi nəticələr üzərində düşündülər, empatiya və hörmətin əhəmiyyəti vurğulandı. Psixoloq tərəfindən verilən tövsiyələr şagirdlərdə özünü ifadə etmə, dəstək istəmə və dost münasibətləri qurma baxımından mühüm rol oynadı.

 

Unutmayaq: Bullinqə "yox" demək cəsarət, qarşısını almaq isə həmrəylik tələb edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi