Şagirdlər arasında pedikulyoz infeksiyasına qarşı tibbi baxış keçirildi

Məktəbdə şagirdlər arasında pedikulyoz infeksiyasının qarşısının alınması məqsədilə tibb bacısı Məmmədova Təranə tərəfindən ibtidai siniflərdə profilaktik tibbi baxış həyata keçirilmişdir.
Yoxlanış zamanı şagirdlərin şəxsi gigiyena vəziyyəti diqqətlə yoxlanılmış, gigiyenik qaydalara əməl olunmasının vacibliyi bir daha vurğulanmışdır.
Bu yoxlanış şagirdlərimizin sağlamlığının qorunması və məktəbdə sanitar-gigiyenik vəziyyətin yüksək səviyyədə saxlanılması məqsədi ilə aparılmışdır.