9-cu sinif şagirdləri ilə görüş keçirildi

13 apreldə keçiriləcək buraxılış imtahanlarına hazırlıq çərçivəsində məktəbin psixoloqu Həsənova Ulduz 9-cu sinif şagirdləri ilə görüş keçirdi. Görüş zamanı şagirdlərə imtahan stresini idarə etməyin yolları, diqqət və motivasiya artırma üsulları, vaxt bölgüsünü düzgün planlaşdırma kimi vacib mövzularda məlumat verildi. Şagirdlərə rahatlaşdırıcı texnikalar, imtahan öncəsi psixoloji hazırlıq və stresin təsirini azaltmaq üçün praktik məşqlər təqdim edildi.

 

Bu cür görüşlər şagirdlərimizin uğur qazanmasına dəstək olmaq məqsədi daşıyır və onların imtahana daha inamlı hazırlaşmasına kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi