Kiçik əllərdən böyük sənətlər yaranır

Məktəbimizdə texnologiya müəllimi Ələkbərova Təranə müəllimin rəhbərliyi ilə fəaliyyət göstərən “Bacarıqlı Əllər və Tikmə-Toxuma” dərnəyi şagirdlərimizin yaradıcılıq dünyasını daha da zənginləşdirir.
Bu dərnəkdə:
Şagirdlər tikmə və toxuma ilə səbr etməyi, diqqətli olmağı öyrənirlər;
Əlləri ilə gözəl əl işləri yaradır, zövqlə işləyirlər;
Köhnə parçalar, sadə saplar onların toxunuşu ilə sənətə çevrilir;
Həm ənənəvi, həm də müasir üslubda gözəl nümunələr ərsəyə gətirilir.
Əl işləri sadəcə bir məşğuliyyət deyil, özünüifadə, səbir, zövq, yaradıcılıq və sevgidir.
Dərnəyimiz davam edir və şagirdlərimizin yaratdıqları əsərlərlər mütəmadi olaraq məktəbdə təşkil olunan sərgilərdə nümayiş etdirilir.