Elan

Nəzərinizə çatdırırıq ki, aşağıda qeyd olunan məsələlərlə bağlı məktəb
rəhbərliyi tərəfindən hər həftənin çərşənbə günləri (qeyri iş günləri istisna
olmaqla) saat 11:00-dan 17:00-a dək vətəndaş qəbuluna başlanılır.
1. Məktəbə hazırlıq qruplarına hansı uşaqlar qəbul olunur?
2. Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?
3. Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər
müəssisədə təlim-tərbiyəyə cəlb oluna bilərmi?
4. I sinfə hansı yaş uşaqlar qəbul edilir?
5. I sinfə şagird qəbulu hansı formada aparılır?
6. Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən
təyin edilir?
7. Dislokasiya nədir, nə üçün tətbiq olunur, məktəblərin əraziləri hansı orqan
tərəfindən müəyyən edilir?
8. I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri
necə təyin olunur?
9. Hansı halda şagird buraxılış imtahanında iştirak edə bilmir?
10. Eksternat qaydada imtahanda kimlər iştirak edə bilər, iştirak üçün hara və
nə vaxt müraciət etməlidir?
11. X sinfə şagird qəbulu hansı formada aparılır?
12. Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlərlə
bağlı hara müraciət edilməlidir?
Hörmətlə: 165 nömrəli tam orta məktəbin rəhbərliyi.