Məktəbimizdə "Novruz bayramı" münasibətilə "Novruz gəlir, yaz gəlir!" adlı maraqlı və rəngarəng tədbir keçirildi. Baharın gəlişini simvolizə edən bu bayram hər kəsin sevinc və coşqu içində keçirdiyi unudulmaz günlərdən biri oldu. Şagirdlər Novruzun əsas simvolları olan səməni, şamlar və bayram şirniyyatları ilə bəzədilmiş tədbir məkanında maraqlı çıxışlar etdilər. Onların ifasında bədii kompozisiyalar, səhnəciklər və musiqi nömrələri təqdim olundu.

Tədbirin ən maraqlı hissələrindən biri "Kosa və Keçəlin" zarafat dolu çıxışları, "Bahar qızın" gəlişi oldu. Şagirdlər həmçinin milli oyunlar, yumurta döyüşdürmə yarışlarında iştirak etdilər.

Tədbir sonunda məktəbimizdə keçirilən "Ən gözəl xonça" müsabiqəsinin təşkilində fəallıq nümayiş etdirən sinif rəhbərləri, bayramla əlaqəli sərgi təşkil edən müəllimlər təşəkkürnamə ilə təltif olundular.

 

"Novruz bayramı" məktəbimizə bahar əhvalı gətirdi. Bu gözəl gün hər kəsin yaddaşında unudulmaz anlarla qaldı. 

 

Bu bayram ruhumuzu canlandırsın, bizə ümid və sevinc gətirsin. Bayramımız mübarək!

 

#NovruzBayramı

#165mekteb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi