Torpaq çərşənbəsi – bərəkətin və yeni həyatın rəmzi

Novruzun dördüncü və sonuncu çərşənbəsi olan "Torpaq çərşənbəsi" yazın tam gəlişini, torpağın oyanışını və yeni həyatın başlanğıcını simvolizə edir. Bu gündən etibarən təbiət tam canlanır, torpaq nəfəs alır və insanlara bərəkət, ruzi gətirir.
Əcdadlarımız inanırdılar ki, bu çərşənbədə torpaq oyanır, ağaclar çiçək açır və yer üzü canlanır. İnsanlar süfrələrini nemətlərlə bəzəyir, tonqallar qalayır və bir-birinə xoş arzular diləyirlər.
"Torpaq çərşənbəsi" münasibətilə məktəbimizdə artıq ənənə halına gələn "Ən gözəl xonça" müsabiqəsi bu dəfə 5,6,7-ci siniflərdə təşkil olundu.
Novruz bayramı və çərşənbələri ilə əlaqəli keçirilən bu müsabiqədə məqsəd şagirdlərə Novruz bayramı, çərşənbələri haqqında biliklər aşılamaq, keçmişdən bu günə qədər gəlib çıxmış adət-ənənələrimizi, oyunlarımızı, mərasim və nəğmələrimizi yada salmaqdı.
"Torpaq çərşənbəsi" təkcə təbiətin deyil, həm də ruhumuzun yeniləndiyi gündür. Bu gözəl gündə hər kəsə sağlamlıq, xoşbəxtlik və bol ruzi arzulayırıq!
#DeyerlerimiziQoruyaq
#TorpaqÇərşənbəsi
#165Məktəb