Bilbacar müsabiqəsinin mart ayı üzrə "Yarış" mərhələsinə start verilib

Martın 13-də məktəbin VIII-IX-X sinif şagirdləri BilBacar müsabiqəsinin koordinatoru İlahə Hüseynovanın müşayiəti ilə növbəti "Yarış" mərhələsinə başlayıblar.
Qeyd edək ki, “Yarış” mərhələsi ayda bir dəfə aktivləşir və 8 seansdan (imtahandan) ibarətdir. Bu müsabiqənin keçirilməsində məqsəd şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir
Şagirdlər 26 mart tarixinədək müsabiqəyə daxil olaraq iştirak edə bilərlər.
#165mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Bilbacar