Yel çərşənbəsinin sehrli nəfəsi

Küləklər əsdi, baharın ilk müjdəsini gətirdi…

Novruzun üçüncü çərşənbəsi olan "Yel çərşənbəsi" ilə təbiət oyanır, ruhlar canlanır, ümidlər qanad açır. Xalq arasında "Külək çərşənbəsi", "Külək oyadan çərşənbə", " Nəfəs çərşənbəsi" kimi də adlandırılan bu çərşənbə gecəsi inanclara görə söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırarlar. Əgər Yel baba bu çağırışı eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Keçmişdə insanlar inanırdılar ki, Yel baba gəlməmiş xırmana buğda, dən götürməzlər.

Məktəbimizdə də "Yel çərşənbəsi" münasibətilə ibtidai siniflərdə artıq ənənə halını alan "Xonça" müsabiqəsi keçirildi. Şagirdlər qədim adət-ənənələr haqqında məlumatlar verdilər, bəzədikləri xonçalarını təqdim etdilər, yumurta döyüşdürdülər.

Müsabiqə şagirdlərə əsl Novruz sevinci yaşatdı, onlara milli dəyərlərimizi daha yaxından tanımaq imkanı verdi.

 

#DəyərlərimiziQoruyaq

#YelÇərşənbəsi

#165məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi