"Həftəyə bir kitab oxuyaq"

10 mart 2017-ci il tarixində məktəbimizdə "Həftəyə bir kitab oxuyaq" layihəsi çərçivəsində S.S.Axundovun "Qaraca qız" hekayəsinin 7-ci sinifdə oxuyan 50 nəfərə yaxın şagirdlə müzakirəsini təşkil etdik. Müzakirə zamanı müəllif və hekayə haqqında qısa məlumat verildi. Sonra isə şagird və müəllimlərlə birlikdə obrazların müzakirəsini təşkil edildi. Eyni zamanda Qaraca qız filmindən parçalar nümayiş edildi. Sonda şagirdlərə hekayə haqqında inşa yazmaq tapşırıldı. İnşa sərbəst ancaq mövzuya aid olacaqdır. Layihənin bu həftəki təşkilatçısı Azərbaycan dili və ədəbiyatı müəllimi Səfərova Mehparəyə, Uşaq birliyi rəhbəri və məktəbin kitabxanaçılarına təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi