Yel çərşənbəniz mübarək!

Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verirYel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında – "qara nehrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.Yel çərşənbəsində adətən hava təmizlənir.Tədqiqatlara görə, Yel çərşənbəsinde əsən soyuq ve isti küləklər yazın gəlişindən xəbər verir.Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir.Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ile bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl ve s. yaranıb. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə ve söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov ve ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi