"Alternativ enerji" aylığı

"Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. Mart ayında "Alternativ enerji" mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İlk olaraq məktəbimizin şagirdləri mövzuya aid müxtəlif stendlər hazırlayıblar. Ay ərzində bu istiqamətdəki işlərlə sizləri tanış edəcəyik.