"28 May-Şanlı tariximiz "adlı tədbir keçirildi

28 May şanlı tariximizin ən əhəmiyyətli günlərindən biri, milli özünüdərk və azadlığımızın təntənəsi, milli kimliyimizi bütün dünyaya bəyan etdiyimiz tarixdir. Bu möhtəşəm tarixi günü qeyd etmək məqsədilə 27 may tarixində məktəbimizdə "28 May - Şanlı tariximiz" adlı tədbir keçirildi.

     Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbir daha sonra Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Tədbirdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi yaranması və onun keçdiyi tarixi yol haqqında ətraflı məlumat verildi. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu göstərən AXC-nin üzərinə götürdüyü çətin vəzifələri özündə əks etdirən videomateriallar nümayiş etdirildi. Şagirdlərin ifasında vətənpərvərlik, azadlıq mövzusunda şeirlər səsləndirildi, vətənpərvər ruhda mahnılar ifa olundu, rəqslər edildi.

 Dövlətimizin və müstəqilliyimizin əbədi olması diləyi ilə, hər kəsi 28 May- Müstəqillik Günü münasibətilə təbrik edirik!

 

  #28May #MüstəqillikGünü

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi