"Ulu bir sərkərdə, Ulu bir öndər" adlı tədbir keçirildi

10.05.2024-cü il tarixdə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi ilə bağlı "Ulu bir sərkərdə, Ulu bir öndər" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Aparıcılar Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən məlumatlar verdi. Şagirdlər dahi şəxsiyyətə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular.
Zəngin siyasi irsə malik olan, böyük düha sahibi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca xalqın qəlbində daim yaşayacaqdır!