Tarixçi alim Vəli Əliyevlə görüş

"Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. Fevral ayında Mədəniyyət və incəsənət aylığı çərçivəsində Azərbaycan tarixi və etnoqrafiyası layihəsi davam edir. 23 fevral 2017-ci il tarixində məktəbimizdə tarixçi-etnoqraf alim, dərslik və monoqrafiyalar müəllifi Vəli Əliyevlə şagird və müəllimlərin görüşünü təşkil etdik. Görüş zamanı Vəli müəllim öz həyatı və araşdırmaları, elmi məqalələri haqqında geniş məlumat verdi. Şagirdlərin suallarını cavablandıran Vəli müəllim xoş təəssüratları ilə bizləri sevindirdi.