Məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Rüstəmov Rövşənin anım tədbiri keçirildi

Məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlu 11.04. 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Şəhidin doğum günü münasibətilə adını daşıdığı 8f sinif şagirdlərinin və 7b sinif şagirdlərinin iştirakı ilə 08.04.2024-cü il tarixdə anım tədbiri keçirildi. Tədbir Dövlət himninin oxunması, şəhidlərimizin ruhlarının anılması ilə başladı. Şagirdlər şəhidimizə həsr olunmuş şeirlər söylədilər.

Qeyd edək ki şəhid Rüstəmov Rövşən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi