IV və VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

09.04.2024-cü il tarixdə məktəb rəhbərliyi ilə IV və VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.

Görüş zamanı valideynlərin diqqətinə çatdırıldı ki, mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə monitorinq keçiriləcək. Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır. Valideynlər monitorinqin çərçivə sənədi ilə tanış oldular, onlara övladlarına dəstək olmaları tövsiyə edildi.  

Görüşdə həmçinin şagirdlərin dərsə davamiyyəti və monitorinqə hazırlıq vəziyyəti fənn müəllimlərinin iştirakı ilə müzakirə olundu.

Qeyd edək ki, monitorinqlər IV sinifdə təhsil alan şagirdlərlə növbəti dəfə, VI sinifdə təhsil alan şagirdlərlə isə ilk dəfə keçiriləcək. 

 

Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi