"Füzuli rindü şeydadır" adlı sənədli film nümayiş etdirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilməsi ilə əlaqədar məktəbimizdə də müxtəlif tədbirlərin keçirilməsinə başlanılmışdır. 

Keçiriləcək tədbirlərin ilki dahi şairin ədəbi-bədii irsinin zənginliyini şagirdlərə çatdırmaq məqsədi ilə şairə həsr olunmuş "Füzuli rindü şeydadır" adlı sənədli filmin nümayiş etdirilməsi oldu. Tədbirdə həmçinin şagirdlər şairin qəzəllərini ifa etdilər, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Ağaverdiyeva şairin həyatı və yaradıcılığı barədə şagirdlərə məlumatlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi