"Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi

 

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə “Yurdumuza bahar gəlir” adlı tədbir keçirildi.

Azərbaycan xalqının milli-mənəvi, maddi-mənəvi dəyərlərini tanıtmaq və tətbiq etmək, gələcək nəsillərə ötürmək məqsədilə keçirilən tədbirdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən, milli-mənəvi dəyərlərindən söz açıldı, bu bayramın Azərbaycan xalqının ən böyük və müqəddəs milli bayramı olduğu vurğulandı.

Milli geyimdə olan şagirdlərin Novruz adət-ənənələrini əks etdirərək səhnəcikləri Bahar qızı, Kosa və Keçəlin rəngarəng çıxışları, haxıştalar, rəqs və mahnılar, adətlərimizə uyğun olaraq texnologiya müəllimi Dilşadın hazırladığı şirniyyatlar, qutablar tədbirin özəlliyini daha da artırdı.

Tədbirin sonunda Şagirdlərin əl işləri ilə bağlı sərginin keçirilməsində fəal iştirak edən müəllimlər, "Xonça" müsabiqəsində fərqlənən siniflərin sinif rəhbərləri və məktəbimizdə təşkil olunan tədbirlərin keçirilməsində fəal iştirak edən valideynlər təşəkkürnamələr ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi