Xalça muzeyinə ekskursiya

"Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. Fevral ayında Mədəniyyət və incəsənət aylığı çərçivəsində Azərbaycan tarixi və etnoqrafiyası layihəsi davam edir. 19 fevral 2017-ci il tarixində məktəbimizin 6 a sinfinin şagirdləri Ülviyyə və İradə müəllim ilə birlikdə Azərbaycanın ən gözəl və əhəmiyyətli muzeylərindən biri olan Xalça muzeyinə ekskursiya təşkil etmişlər. Azərbaycan xalçaçılıq tarixi və mədəniyyəti ilə tanış olan şagirdlər, bu sənətin az da olsa sirrlərinə yiyələnə bilmişlər.