"20 Yanvar-Ümumxalq Hüzn Günü" həsr olunan tədbir keçirildi

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.
Məktəbin İllik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq Hüzn Günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.
Tədbirlər planına müvafiq olaraq 18.01.2024-cü il tarixdə "20 Yanvar-Ümumxalq Hüzn Günü"nün 34-cü ildönümünə həsr olunmuş "Azadlığa aparan yol" adlı tədbir keçirildi.
#20January1990