VII və IX siniflərdə monitorinq keçirildi

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə 14.12.2023-cü il tarixində VII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi həyata keçirildi. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olundu.Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verildi.

Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. 

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi