Ad gününüz mübarək!

10 fevral 2017-ci ildə məktəbimizin kiçik xidmətedici işçisi Əliyeva Kifayətin 50 yaşı tamam olur. Tutduğu vəzifədən asılı olmayaraq məktəbin bütün işçiləri diqqət mərkəzində saxlanılır. Hər bir işçi məktəbin ümumi həyatında öz töhvəsini verir. Məktəbimizin ilk həmkarlar təşkilatının sədri Umud Hümbətov, təsərrüfat işləri üzrə direktor müavini Şövkət Mikayılova və məktəbin direktoru Vüqar Məmmədov ilə birlikdə Əliyeva Kifayətə 50 illik yubiley münasibətilə sürpriz təşkil etdik. Məktəbin bütün kollektivi adından yubilyarı ad günü münasibətilə təbrik edirik. Ona can sağlığı, ailə səadəti və uzun mənalı ömür arzu edirik. Baxmayaraq ki, icra etdiyi iş məktəbin ən ağır işlərindən hesab olunur, hər zaman rəhbərliyin diqqət mərkəzində qalacaqdır. Təbriklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi