"Ədəbiyyat biliciləri" müsabiqəsi

Məktəbimizin şagirdi Səfərli Əsmər "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon turunda müvəffəq olaraq şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Səfərli Əsmərin ədəbiyyata olan marağını nəzərə alan Azərabaycan dili və ədəbiyyatı müəllimi Paşayeva Nəzakət müəllim onu daima istiqamətləndirmiş və əsl ədəbiyyat bilicisinə çevrilməsində müstəsna rolu olmuşdur. Baxmayaraq ki, Əsmər texniki fənlərə daha çox meyllidir. Nəzakət müəllimə də məktəb rəhbərliyi adından dərin təşəkkür edirik. Ümid edirik, şəhər mərhələsində Əsmər daha böyük uğurlara imza atacaqdır. Uğurların davamlı olsun.