"Milli qəhrəmanlar unudulmur"

Azərbaycan tarix boyu yetişdirdiyi qəhrəmanları ilə hər zaman tanınıb. Minlərcə qəhrəmanlardan biri də müasir gəncliyin daim özünə nümunə götürdüyü Mübariz İbrahimovdur. Bu gün onun ad günüdür. M.İbrahimovun xatirəsi daim bizim üçün bir həyat tarixçəsi kimi yaddaşımızda qalacaqdır.Bu məqsədlə məktəbimizin 7-11 siniflərində oxuyan şagirdlər arasından seçilən 20 şagirdimiz "Milli qəhrəmanlar unudulmur" mövzusunda inşa yazdılar. İnşa yazıları oxuduqca şagirdlərimizin əsl vətənpərvər ruhda yetişdiyinin bir daha şahidi oluruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Ruhları bizimlə olan şəhidlərimiz heç vaxt unudulmayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi