Şəhid Sübhan Abdurahmanlının məzarı ziyarət edildi

18 oktyabr məktəbimizin məzunu olmuş şəhid Sübhan Abdurahmanlının doğum günüdür. Bu münasibətlə 4ə və 7a sinif şagirdləri şəhidin məzarını ziyarət etdilər, məzarı önünə gül dəstələri qoydular. 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş şəhidimizin həyat yolundan geniş söhbət açıldı, şeirlər səsləndirildi.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Sübhan Abdurahmanlı Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 25.06.2022-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli " Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

 

Allah şəhidimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi