"Təhsili dəyərə çevirək"

"Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi davam edir. İlk olaraq 2017-ci ilin Yanvar ayında Ekologiya və iqtisadiyyat aylığı ilə layihəyə start verilmişdi. Məktəbimizin müəllimləri coğrafiya müəllimi Yeganə Məmmədovanın rəhbərliyi ilə bu layihədə müxtəlif istiqamətlərdə işlər hazırlamışdırlar. Layihə çərçivəsində "Dərman bitkilərini tanıyaq və kimyəvi dərmanlara yox deyək", "Hər birimiz bir çiçək", "Necə qənaət etmək", "Suyu qoruyaq və qənaət edək", "Təmiz həyat" kimi mövzulara dair layihələr hazırlanmış və təqdim edilmişdir. Ekologiya və iqtisadiyyat aylığının yekunu olaraq 24 yanvar tarixində yekun hesabat xaratkterli tədbirimiz oldu. Tədbirdə şagirdlər, müəllimlər və məktəbin direktoru ay ərzində görülən işlər barəsində hesabat verdilər. Yekun olaraq əməyi keçən bütün müəllim və şagirdlərə təşəkkür elan olundu. Növbəti ekoloji aylığın hazırlıq işlərinə artıq start verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi