"Bilik günü" ilk zəng, ilk həyəcandır

"Bilik günü" ilk zəng, ilk həyəcandır.

 Bu gün məktəb həyatına ilk dəfə qədəm qoyan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təhsil sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. 

Məktəbimizdə də "Bilik günü" təntənəli şəkildə qeyd edildi. Tədbir ilk olaraq Azərbaycan Dövlət Himninin oxunması və şəhidlərimizin müqəddəs ruhlarının anılması ilə başladı. Məktəbin direktoru Ruslan Nağıyev şagirdləri və müəllim kollektivini, valideynləri salamlayaraq onları təbrik etdi, öz xoş arzularını bildirdi. Tədbirdə həmçinin məktəbimizin şəhidlərinin valideynləri, Kənd Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsəni də çıxış etdi. Birincilər öz çıxışları ilə tədbirə rəng qatdılar.

Daha sonra şagirdlər sinif otaqlarına yola salındılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi