17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

 

Bu əlamətdar gün 1865-ci il may ayının 17-də Beynəlxalq Teleqraf İttifaqının (indiki Beynəlxalq Telekommunikasiya İttifaqı – BTİ) əsasının qoyulması ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilmişdir. BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixi “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd edilir.

Hər il BTİ tərəfindən, eləcə də, dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar aktual mövzulara həsr olunmuş müxtəlif tədbirlər – konfranslar, seminarlar, müsabiqələr və s. keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd İnternetdən və İKT-dən istifadənin insanlara, cəmiyyətə və ölkələrə verdiyi imkanları diqqətə çatdırmaq, eyni zamanda, rəqəmsal fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək, bu sahədəki aktual problemləri, qarşıdakı vəzifələri müzakirə etməkdir.

Bu məqsədlə məktəbin informatika müəllimi Hüseynova İlahə, 312 nömrəli tam orta məktəbin informatika müəllimi Əliyeva Sevinc, 229 nömrəli tam orta məktəbin informatika müəllimi Cəfərli Günay Teams platforması üzərindən 10-cu sinif şagirdləri ilə dərs təşkil etdilər. Dərsdə şagirdlər bu gün barədə məlumat verdilər, qarşılıqlı müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi