Ulu ÖndərHeydər Əliyevin 100 illiyinə həsr olunan "Dahi" adlı tədbir keçirildi

“Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır!”.

                                              İlham Əliyev

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar məktəbimizdə "Dahi" adlı tədbir keçirildi. 

Tədbir Azərbaycan Dövlət Himninin oxunması, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhlarının anılması ilə başladı. Daha sonra çıxış edən məktəbin direktoru Ruslan Nağıyev və müəllimlərimiz Ulu Öndərin yaşadığı mənalı və şərəfli ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verdilər. Bildirildi ki, Heydər Əliyevin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ulu Öndərin Təhsil siyasəti dərin milli mənafelər üzərində qurularaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir.

Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirildi, rəqslər, mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi