"Ulu öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir" adlı dəyirmi masa

2 may tarixində tarix müəllimlərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Ulu öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir" adlı dəyirmi masa keçirildi. 

Çıxış edən tarix müəllimləri qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o özü bir tarixi salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır.

Təlim tərbiyə işləri üzrə direktor müavini Valeh İsmayılov və şagirdlər də çıxışlarında Heydər Əliyevin şəxsiyyətinin dahiliyi, böyüklüyü, onun Azərbaycan tarixində mövqeyi haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi