Şəhid Rüstəmov Rövşənin anım tədbiri keçirildi

11 04.2023-cü il tarixində məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun doğum günü münasibətilə adını daşıdığı 7f sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirildi. Tədbir Dövlət himninin oxunması, şəhidlərimizin ruhlarının anılması ilə başladı. Şagirdlər şəhidimizə həsr olunmuş şeirlər söylədilər. Şəhidin ailə üzvləri də çıxış edərək onunla bağlı xatirələrini bölüşdülər.

Qeyd edək ki şəhid Rüstəmov Rövşən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi