Məktəbin məzunu olmuş Aprel şəhidi Təbriz Musazadənin ev muzeyinə ziyarət

Aprel ayının 2-si şanlı qələbəmizin başlanğıcı olan "Aprel döyüşləri" qəhrəmanı, məktəbimizin şəhid məzunu Təbriz Tariyel oğlu Musazadənin şəhadətə qovuşduğu gündür. Bu münasibətlə UBTR Şəfiqə Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfüqarova Məftunə bir qrup şagirdlər və müəllimlərlə birlikdə şəhidin ev muzeyini ziyarət etdilər. 

Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub. Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. 

Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Unutmayaq, unutdurmayaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi