31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Mart soyqırımı" adlı dəyirmi masa keçirildi

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı amansız törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 

 

Məktəbimizdə də tarix müəllimi Qazıbəyova Miladanın təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Mart soyqırımı" adlı dəyirmi masa keçirildi. Əvvəlcə soyqırım şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Milada müəllim və şagirdlər çıxış edərək 31 Mart Soyqırımı barədə məlumatlar verdilər, müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi