İdman həftəsi (27 fevral-3 mart)

Elm və Təhsil nazirliyi tərəfindən şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar tərtib edilmiş proqrama uyğun olaraq həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur. 

Məktəbimizdə də İdman həftəsi çərçivəsində müxtəlif yarışlar keçirilmiş, idmançı şagirdlərimizə psixoloji dəstək məqsədilə psixoloqlarımızla görüşləri təşkil edilmişdir. İdman həftəsinin sonuncu günündə yarışlarda qalib gələn şagirdlər mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi