"Xocalı-Qan yaddaşımız" adlı tədbir

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.

Neçə dodağı şəkər, söhbəti qənd varıydı,

Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.

Yoxdu daha, nağıldı,

İtdi, batdı, dağıldı.

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,

Xocalım, ay Xocalım!

 

Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 31 il zaman məsafəsi ayırır. Məktəbimizdə Xocalı faciəsi ilə bağlı "Xocalı- Qan yaddaşımız" adlı anım tədbiri keçirildi. Tədbir Dövlət himninin oxunması, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş təbii fəlakət qurbanlarının ruhlarının anılması ilə başladı. Şagirdlər faciəyə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş etdirdilər, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi