Şagirdlərin peşəyönümü tərbiyəsinin təşkili

Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub. 

Peşəyönümü anlayışı gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarlığının inkişaf etməsinə yardım xidmətləri kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər. Əksər hallarda bəzi gənclərin çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. 

 

Peşə seçiminin mürəkkəb və dinamikliyi bu prosesdə şagirdlərə köməyi zəruri edir. Bu məqsədlə də məktəbimizdə müəllimlərin də iştirakı ilə UBTR Şəfiqə Hüseynova və psixoloq Həsənova Ulduzun təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi