İbtidai siniflərdə oxu texnikası monitorinqinin aparılması

Şagirdlərin oxu bacarığı onların diqqətli, sürətli və davamlı oxu vərdişləri ilə bağlıdır. Orta məktəbə qədəm qoyan şagirdlər məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır.
Oxu texnikası monitorinqinin aparılması məqsədilə Azərbaycan dili və ədəbiyyat müəllimləri Ağaverdiyeva Günel və Paşayeva Nəzakət tərəfindən ibtidai siniflərdə şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilmişdir.