Sağlam və rasional qidalanma

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və biologiya müəllimi Zülfüqarova Məftunə və UBTR-i Hüseynova Şəfiqə 6a və 5ə sinfi ilə "Sağlam və rasional qidalanma" mövzusunda maarifləndirici söhbət apardılar. Qeyd edildi ki, sağlamlığımızın qeydinə qalmağın böyük bir hissəsini qidalanma təşkil edir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi